Enerji böhranı yaşayırıq - Mod Brejon

13:18 26.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz vətəndaşlarımıza təsir edən enerji böhranı yaşayırıq.

Hafta.az xəbər verir ki, bunu TF1 kanalında yayımlanan “Bonjour La Matinale” verilişində qonaq olan Fransa hökumətinin sözçüsü Mod Brejon bildirib.

O, eyni zamanda, təcili olaraq bu böhrandan çıxmağın vacibliyini vurğulayıb və məsələ ilə bağlı “yol xəritəsi”ni izah edib.

Mod Brejon ölkənin siyasi gündəmi ilə bağlı məsələyə də toxunub. O vurğulayıb ki, Baş nazirin əsas xətti hər bir nazirin dövlət işlərinə tam səfərbər olunmasıdır. O, bununla hökumət üzvlərinin 2027-ci ildə keçiriləcək prezident seçkisi ərəfəsində siyasi tədbirlərdə iştirak etməsi ilə bağlı suallara aydınlıq gətirib.

Hökumətinin sözçüsü mərkəzçi və mülayim siyasi qüvvələrin birləşməsinə dair çağırış da edib.